2003-cü ildə, Azərbaycanın
şimalında, məşhur istirahət mərkəzlərindən
biri olan Nabranda, Xəzər dənizinin sahilində
yeni istirahət guşəsi– “Atlant” istirahət və
əyləncə mərkəzi açılmışdır.
Mərkəzin yerləşdiyi ərazi gözəl
təbii şəraitə və mənzərəyə
malikdir. Tanıyanları hər dəfə buralara geri
dönməyə çəkən təbiətin bir
xüsusiyyəti vardır ki, bu da müxtəlif bitkilərlə
zəngin meşənin dənizin tam sahilindən başlamasının
heyranedici mənzərəsidir. Təbiətin bu kimi
gözəllikləri bizə, qonaqlarımıza təqdim
etdiyimiz tədbirlərin sayını artırmaq imkanı
verir. Tərəfimizdən təşkil olunan meşə
gəzintiləri zamanı meşənin təravətli
havası və təbiətlə birbaşa təmas
imkanı qazanmış olacaqsınız. Müxtəlif
dəniz əyləncələri də həm sağlamlığa
xeyrli həm də bir sıra təəsüratlar buraxacaq.
Dənizin səsi, yarpaqların xışıltısı,
quşların civiltisi yay səslərinin harmoniyasını
tamamlayaraq “Atlant”-da keçirəcəyiniz unudulmaz günlərin
ab-havasını yaradacaq.
Bizim mərkəzin qonaqları üçün nəfis
həm də bir doğma atmosfer yaradılmışdır.
Ən azı, şəhərin təlaşlı həyatından
məhz burada qurtulmaq imkanı əldə edəcəksiniz.
Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının 17.09.2001- cı il tarixli 152-saylı Sərəncamına əsasən, Xaçmaz rayonu Seyidlikəndyeri kəndində 400 yerlik istirahət düşərgəsinin tikintisi ücün 8 ha torpaq səhəsi ayrılmışdır. Kompleksin tikilib tam başa çatması 2006-cı ildə nəzərdə tutulmuşdur. Tikinti işləri 2001-ci ildə başlanmışdır və 2003- cü ildə 20 ədəd 2-3 otaqlı kotteclər istifadəyə verilmişdir.2004- cü ildən isə 320 nəfərlik istirahət yeri tikilib başa çatdırılmışdır. Bu il, yəni 2005- cı ildə tikinti işləri davam etdirilmiş və kompleks nəzərə tutulan layihə gucünə çatdırılmışdır.
Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin verdiyi 028 nömrəli dərəcə nişanına əsasən, “Atlant” İstirahat və Əyləncə Mərkəzi 4 ulduz kateqoriyasına layiq görulmüşdür.
Gələcək planlar barədə dedikdə xidmətin keyfiyyətinin daha da yüksəldilməsi və ya xarici turistlərin “Atlant” İstirahət və Əyləncə Mərkəzinə cəlb edilməsi nəzərdə tutulmuşdur.
|