az | ru | en
2002-cü ildə Azərbaycanın şimalında, məşhur istirahət bölgəsi olan Xaçmaz rayonu, Nabran qəsəbəsində, Xəzər dənizinin sahilində yeni istirahət guşəsi– “Atlant” ailəvi istirahət və əyləncə mərkəzi açılmışdır.

Mərkəzin yerləşdiyi ərazi gözəl təbii şəraitə və mənzərəyə malikdir. Tanıyanları hər dəfə buralara geri dönməyə çəkən təbiətin bir xüsusiyyəti vardır ki, bu da müxtəlif bitkilərlə zəngin meşənin dənizin tam sahilindən başlamasının heyranedici mənzərəsidir. Təbiətin bu kimi gözəllikləri bizə, qonaqlarımıza təqdim etdiyimiz tədbirlərin sayını artırmaq imkanı verir. Tərəfimizdən təşkil olunan meşə gəzintiləri zamanı meşənin təravətli havası və təbiətlə birbaşa təmas imkanı qazanmış olacaqsınız. Müxtəlif dəniz əyləncələri də həm sağlamlığa xeyrli həm də bir sıra təəsüratlar buraxacaq. Dənizin səsi, yarpaqların xışıltısı, quşların civiltisi yay səslərinin harmoniyasını tamamlayaraq “Atlant”-da keçirəcəyiniz unudulmaz günlərin ab-havasını yaradacaq.

Bizim mərkəzin qonaqları üçün nəfis həm də bir doğma atmosfer yaradılmışdır. Ən azı, şəhərin təlaşlı həyatından məhz burada qurtulmaq imkanı əldə edəcəksiniz.
ətraflı oxu   
  
Azərbaycan Respublikası, Xaçmaz Rayonu, Nabran qəsəbəsi.
Tel.:   (+994 12) 418 66 47
Faks: (+994 12) 441 58 48
Mob.: (+994 50) 375 47 47
Copyright © 2009 Atlant ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır